Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Pentaqonun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Londondan edilən tələblər əsasında ABŞ Böyük Britaniya Hərbi Hava Qüvvələrinə 200 ədəd AIM-120 AMRAAM hava-hava tipli raket satacaq.
Bildirilir ki, layihənin ümumi dəyəri 650 milyon dollar təşkil edir.
Qeyd edək ki, əsasən ABŞ HHQ və donanması tərəfindən istifadə olunan AIM-120 raketləri hədəflərə özü tuşlanan radiolokasiya sistemləri ilə təchiz edilib.
Dəyanət Ağalarlı
Ordu.az