Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın Baş naziri Tereza Mey bəyan edib.
Mey sözügedən sammitin keçiriləcəyi xəbərindən məmnunluğunu dilə gətirib. O bildirib ki, ABŞ və Rusiya arasında kommunikasiya kanallarının açıq olması konfrontasiya riskini azaltmaq baxımından açar əhəmiyyətə malikdir.
NATO-nun ÜDM-nin 2%-nə bərabər müdafiə büdcəsi tələbinə də toxunan Mey Britaniyanın bu tələbi qarşılayan bir neçə dövlətdən biri olduğunu xatırladıb və hərbi xərclərin bundan sonra da artırılacağını qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az