İsrail yeni ballistik raketin sınağını keçirib

2018/07/36970933_2084842235062405_7500801228708773888_n_1531321653.jpg
Oxunub: 311     19:58     11 İyul 2018    
İki İsrail şirkətinin ortaq istehsalı olan supersəs ballistik raketinin ilkin sınağı həyata keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raket “Israel Aerospace Industries” və “Israel Military Industry Systems” şirkətlərinin ortaq səyləri nəticəsində ərsəyə gəlib.

İstehsalçılar tərəfindən edilən açıqlamada qeyd olunub ki, “Rampage ALBM” adı verilən yeni supersəs ballistik raketləri sınaqdan uğurla keçib.

Raket əvvəlki nəsillərə nisbətən daha böyük ölçüyə sahibdir. 4,6 metr uzunluğunda olan raketlər GPS naviqasiya sistemi ilə dəstəklənib.

Bildirilir ki, 544 kiloqram ağırlığındakı “Rampage ALBM” F-16 qırıcılarına inteqrasiya ediləcək.

Qeyd edək ki, raketlərin sınağı ötən ay edilsə də, sınaqların nəticəsi bu gün elan olunub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Ballistik-raket  

Xəbər lenti

İsrail yeni ballistik raketin sınağını keçirib

2018/07/36970933_2084842235062405_7500801228708773888_n_1531321653.jpg
Oxunub: 314     19:58     11 İyul 2018    