Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təqdimat forum çərçivəsində Rusiya Müdafiə Sənayesi Nazirliyinə məxsus hərbi texnologiyalar parkında baş tutacaq.
Forumla bağlı Rusiya Hərbi Hava Qüvvələrindən edilən açıqlamada bildirilib ki, bu forum onlar üçün xüsusilə əhəmiyyətli olacaq.
Belə ki, forum zamanı Su-30SM, Su-35S və Su-57 qırıcılarının ən son versiyasının ilkin təqdimatı ediləcək. Hələlik qırıcıların texniki xüsusiyyətləri ilə bağlı heç bir məlumat yayılmayıb.
Qeyd edək ki, forum 21-26 avqust tarixlərində baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az