Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Yuliya Kryaçinka bildirib.
O qeyd edib ki, hazırda Tokionun tutduğu mövqe tərəflər arasındakı soyuqluğun əslində KXDR-in nüvəsizləşmə ilə bağlı öhdəliklərini yerinə yetirməsindən daha sonra da davam edə biləcəyini deməyə imkan verir.
“Tokio bu ana qədər Pxenyana uzunmüddətli sanksiyalar tətbiq edib. İki tərəf arasında heç bir əməkdaşlıq kanalı tapa bilməzsiz. Yaponiya ikitərəfli əməkdaşlıq üçün öz qapılarını KXDR-in üzünə bağlayıb. Görünən odur ki, Şimali Koreya nüvəsizləşmə ilə bağlı öhdəliklərini yerinə gətirmədiyi müddətcə, hətta yerinə gətirdikdən sonra belə Yaponiya ilə Pxenyan arasında əlaqələr qurulmayacaq”, - deyə politoloq bildirib.
Dəyanət Ağalarlı
Ordu.az