Stoltenberq: "Sammit NATO üçün həyati əhəmiyyət kəsb edir"

2018/07/thumbs_b_c_7fe14defdb077f3d115a03526f974d42_1531316131.jpg
Oxunub: 456     21:37     11 İyul 2018    
NATO Baş katibi Yens Stoltenberq bu gün alyansın zirvə görüşündən öncə mətbuat konfransında çıxış edərkən 2 günlük sammitin NATO üçün nə dərəcədə əhəmiyyətli olduğundan danışıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Stoltenberq sammitin alyans üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

“Bu sammitdə terrorla mübarizə məqsədilə İraqdakı missiyamızın genişləndirilməsi, Əfqanıstandakı rolumuzun daha da gücləndirilməsi, Ukrayna və Suriyadakı problemlərin həll edilməsi və s. istiqamətlərdə müsbət addımların atılmasına şahidlik edəcəyik. Lakin ən əsası budur ki, sammit müttəfiqlərin aralarındakı buzların əriməsinə səbəb olacaq. NATO fəaliyyətini daha uzun müddət davam etdirəcək”, - deyə alyansın rəhbəri vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: NATO   Stoltenberq  

Stoltenberq: "Sammit NATO üçün həyati əhəmiyyət kəsb edir"

2018/07/thumbs_b_c_7fe14defdb077f3d115a03526f974d42_1531316131.jpg
Oxunub: 457     21:37     11 İyul 2018    