Hindistan Donanması ilk dəfə “RimPac” təlimlərində iştirak edib

2018/07/Снимок_1531311077.png
Oxunub: 287     16:18     11 İyul 2018    
Hindistan ABŞ-ın ənənəvi olaraq hər il təşkil etdiyi Sakit okean hərbi dəniz təlimlərində bu il ilk dəfə iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Hindistan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildirilib.

Açıqlamada qeyd olunub ki, Havay adaları yaxınlığında keçirilən hərbi təlimlərə Hindistan Donanması bir hərbi gəmi və bir neçə qırıcı təyyarə ilə qatılıb.

Bildirilir ki, bu il təlimlərdə ilk dəfə iştirak edən Hindistanın bundan sonrakı təlimlərə də dəvət olunması planlaşdırılır.

Qeyd edək ki, bu ilki təlimlərdə 26 ölkə iştirak edib. Çinin təlimlərə dəvət edilməməsi isə ən gözlənilməz hadisə olub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   RİMPAC   Təlim  

Xəbər lenti

Hindistan Donanması ilk dəfə “RimPac” təlimlərində iştirak edib

2018/07/Снимок_1531311077.png
Oxunub: 290     16:18     11 İyul 2018    