Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda qarşıdurmaların mərkəzi Deranın Qərəz bölgəsidir.
Rəsmi mənbələrin yaydığı məlumatlara əsasən, ötən gün və bu gün səhər saatlarında keçirilən əməliyyatlar nəticəsində Suriya Quru Qoşunları İŞİD və İŞİD-ə yaxın digər kiçik terror qruplaşmalarına ağır artilleriyadan zərbələr endirib.
Hücumlar nəticəsində terrorçular mövqelərindən bir neçə kilometr geriyə çəkilməli olub. Hazırda Deranın 80 faizə qədəri Suriya hökumət qüvvələrinin nəzarətindədir.
Dəyanət Ağalarlı
Ordu.az