SQQ terrorçulara qarşı əməliyyatlar həyata keçirib

2018/07/14897458141251458_1530687666.jpg
Oxunub: 3934     14:34     04 İyul 2018    
Suriya ordusu İordaniya ilə sərhədyanı bölgələrdə terrorçulara qarşı ilk zərbələri endirməyə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, ordu Umm Əl-Mayadhin bölgəsindən Nəssib sərhəd keçid məntəqəsinə irəliləyərkən terrorçuların müqavimətilə qarşılaşıb.

“Buna cavab olaraq ordu dərhal əks-əməliyyatlara başlayıb. Qısa müddət ərzində terrorçuların müqaviməti qırılaraq yol açılıb. Hazırda hərbi karvan İordaniya sərhədinə doğru irəliləyir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, rəsmi rəqəmlər açıqlanmasa da terrorçuların qarşıdurmalar zamanı çox sayda itki verdiyi ehtimal olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İordaniya   Terror  


Bizi "telegram"da izləyin