İŞİD qüvvələri Suriya-İordaniya sərhədinə toplanır

2018/07/isid_srk_yeni_1530682760.jpg
Oxunub: 2375     13:24     04 İyul 2018    
Terrorçu qruplaşma üzvləri Suriyanın müxtəlif istiqamətlərindən İordaniya ilə sərhəd bölgələrə toplanır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat Suriya hökumətindən bildirilib.

Bəyanatda qeyd olunub ki, terrorçu qüvvələrin bölgəyə toplanmasının başlıca səbəbi İordaniya ilə sərhədyanı ərazilərə Suriya ordusunun hücum əməliyyatları planlaşdırmasıdır.

“Terrorçu qüvvələr burada İordaniya ilə qonşu şəhərlərin və ən əsası Nəssib sərhəd keçid məntəqəsinin ordu tərəfindən ələ keçirilməsinə mane olmaq istəyirlər. Ehtimal ki, ordumuz burada sadəcə müxalif qüvvələrin deyil, eyni zamanda İŞİD terrorçularının da ciddi müqaviməti ilə üzləşəcək”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, hazırda üsyançıların əlində olan məntəqədən İŞİD terrorçularının da mülki formada İordaniyaya keçərək geri qayıtdığı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Suriya   Terror  


Bizi "telegram"da izləyin