Suriya ordusu strateji sərhəd məntəqələrini azad etməyə çalışır

2018/07/20180630-009_thumbnail_1530620663.jpg
Oxunub: 3272     20:23     03 İyul 2018    
Son 48 saat ərzində Suriya ordusu 2-ci dəfədir ki, İordaniya ilə sərhəddəki Nəssib keçid məntəqəsinin ələ keçirilməsinə çalışır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya Müdafiə Nazirliyindən bildirilib.

Bildirilir ki, ordu qüvvələri məntəqənin ələ keçirilməsi üçün Taybah-Umm-Mayadhin oxu üzrə çox istiqamətli hücum planları üzərində işləyir.

Bu şəhərələrə toplanacaq qüvvələr paralel olaraq İordaniya ilə sərhəddəki Dera Əl-Bələd şəhərinə yönləndiriləcək.

Qeyd edək ki, şəhər hazırda üsyançı qüvvələrin nəzarətindədir. Şəhərin ələ keçirilməsi Suriyaya İordaniyadan giriş-çıxışların tam olaraq hökumətin nəzarətinə keçməsi anlamına gələcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İordaniya   Terror  


Bizi "telegram"da izləyin