Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar bu gün də davam etdirilməkdədir.
Son günlərdə edilən hücumlarla bağlı hesabat verən Suriya Müdafiə naziri bildirib ki, ordu Derada eyni zamanda həm üsyançılara, həm də İŞİD və "Həyat Təhrir Əş-Şam" terror qruplaşmalarına qarşı paralel fəaliyyət göstərir.
Nazir qeyd edib ki, hücumlar nəticəsində həm üsyançıların, həm də terrorçuların Deradakı mövqeyi kökündən sarsılıb.
“Artıq Deranın önəmli bir qismi ordunun nəzarətindədir. Son əldə etdiyimiz məlumatlara görə Quru Qoşunları bölgənin 60 faizi üzərində tam nəzarəti ələ alıb. Sadəcə vilayətin şərq hissələrində kortəbii şəkildə kiçik qruplar fəaliyyət göstərir ki, qısa zamanda ordu həmin qrupları da zərərsizləşdirib Dera əməliyyatlarını tamamlayacaq”, - deyə nazir vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az