Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, sonuncu hücum ötən gecə səhərə yaxın radələrdə baş verib.
Hücumun gecə saatlarında baş verməsinə baxmayaraq Rusiya ordusu onun qarşısını almağa nail olub və bütün dronlar məhv edilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, Rusiya ordusu İdlibin Cisr əl-Şuqur bölgəsində fəaliyyət göstərən terrorçuları ittiham edir.
Qeyd edək ki, Rusiyanın Suriyadakı qüvvələrinə qarşı ilk belə hücum ötən ilin dekabrında baş verib. Son dörd gün ərzində isə ard-arda üçüncü dəfə terrorçular Hmeymim bazasına dron hücumu edir.
Ağalar Ağalarlı
Ordu.az