SQQ İordaniya sərhədinə doğru irəliləməyə davam edir

2018/07/58478974851458_1530598067.jpg
Oxunub: 3480     14:06     03 İyul 2018    
Suriya Quru Qoşunları ölkənin cənubunda İordaniya ilə sərhəd bölgəsində yerləşən Dera vilayətində əməliyyatlarına davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq ikinci həftədir aparılan əməliyyatın başlanğıcından bu vaxta qədər 65 qəsəbə və kənd azad edilib.

Komandirlərin sözlərinə görə, son 48 saat ərzində Əl-Cizə, Əl-Səhva, Kahil kəndləri, Zamleta strateji yüksəkliyi və Deranın qərbində bir sıra ərazilər terrorçulardan təmizlənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dera   Terror  


Bizi "telegram"da izləyin