Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya tərəfi bu qənaətə İŞİD-dən azad edilən bölgələrdə tapılan texniki təchizatı analiz edərkən gəlib.
Suriya Ordusununğ mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, bu avadanlıqların bir çoxu rabitə məqsədilə istifadə edilən texniki aparatlardır. Tapılan cihazların çoxu ABŞ və Fransa şirkətləri tərəfindən istehsal edilib.
Qeyd edək ki, daha öncə də Suriya hökuməti Rusiya və Suriyalı tədqiqatçıların birgə araşdırmasının nəticələrinə əsasən İŞİD-in Avropa istehsalı olan qeyri-qanuni kimyəvi silahdan istifadə etdiyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az