SQQ strateji bazaya hücum başladıb

2018/06/5484584151454_1530176574.jpg
Oxunub: 2779     17:02     28 İyun 2018    
Suriya Quru Qoşunları bu gün səhər saatlarında Deranın şərqində yerləşən strateji 52-ci briqada bazası istiqamətində böyük hücuma başlayıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, ordunun Pələng qüvvələrin rəhbərlik etdiyi hücum eyni zamanda bir neçə istiqamətdən həyata keçirilir.

Hazırda baza “Təhrir əş-Şam” terrorçularının nəzarətindədir. Son günlər Derada ciddi nailiyyətlər əldə edən SQQ bölgədə böyük əhəmiyyətə malik bazaya nəzarəti bərpa etməyə çalışır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Təhrir-əş-Şam   Terror  


Bizi "telegram"da izləyin