İraqda 12 İŞİD terrorçusu ələ keçirilib

2018/06/548414148_1529748830.jpg
Oxunub: 1509     18:15     23 İyun 2018    
İraq təhlükəsizlik qüvvələri Neynəvə vilayətinin qərbində İŞİD terrorçularına qarşı əməliyyat həyata keçirib.

Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraqdakı hökumət meyilli yarımhərbi qoşunların mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İraq Quru Qoşunları, polis və “Həşd əl-Şəbi” Hətra qəsəbəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində İŞİD-ə mənsub 12 terrorçu ələ keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin