Kim Çinlə əlaqələrin inkişaf etdirləcəyini vəd edib

2018/06/848411025148_1529744900.jpg
Oxunub: 3999     17:18     23 İyun 2018    
Bir neçə gün öncə Çində rəsmi səfərdə olan KXDR lideri Kim Çen In səfərin yekunlarına dair bir sıra önəmli açıqlamalar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kim Çen Inın səfərinin əsasını Çin Prezidenti Xi Tsinpinqlə görüş təşkil edib.

İki dövlət başçısının görüşü zamanı Koreya lideri bildirib ki, Şimali Koreyanın dünya ilə arasındakı gərginliklərin aradan qaldırılması Çin üçün də önəmli hadisədir.

O, Trampla sammitin məhsuldar keçdiyini və Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində qərarlılığını bir daha təkrarlayıb. Eyni zamanda Çinlə hərtərəfli əlaqələrin bundan sonra da güclənəcəyini vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Çin   Koreya-Yarımadası  


Bizi "telegram"da izləyin