ABŞ-ın Somalidə fəaliyyət göstərən xüsusi təyinatlı qüvvələrinə edilən hücum nəticəsində 1 əsgər həlak olub, 4-ü isə yaralanıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı məlumat yayıb.
Məlumata görə, hücumu “Əl-Şabab” terrorçu qruplaşması həyata keçirib. Hücum zamanı ABŞ-ın bölgədəki partnyor qüvvələr adlandırdığı Somali və Keniyadan da əsgərlərin yaralandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Somali
ABŞ
Əl-Şabab