Türkiyədə 21 terror şübhəlisi ələ keçirilib

2018/06/158484104_1529742710.jpg
Oxunub: 4156     16:30     23 İyun 2018    
Türkiyə Xüsusi Xidmət Orqanları dünən axşam saatlarında Van, Hatay, Adana, Diyarbakır və İstanbulda geniş miqyaslı əməliyyatlar həyata keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində ələ keçirilən şəxslərin PKK terror qruplaşması ilə əlaqələrinin olduğu ehtimal olunur.

Türkiyə DİN-dən həyata keçirilən əməliyyatlarla bağlı verilən açıqlamada qeyd olunub ki, tutulan şəxslər ümumilikdə 1200-ə qədər mülki vətəndaşın ölmündə təqsirkar bilinir və haqlarında məhkəmə işi açılıb.

Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 21 nəfər saxlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin