İŞİD-lə qarşıdurma zamanı 2 İraq hərbçisi yaralanıb

2018/06/456456_1529735195.jpg
Oxunub: 4002     14:25     23 İyun 2018    
Ötən gün İraq ordusunun Diyaladakı nəzarət məntəqəsinə terror hücumu olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum ordu qüvvələrinin bölgədəki məntəqə yaxınlığında nəzarət gəzintisi həyata keçirərkən baş verib.

Hücum nəticəsində İraq ordusunun 2 hərbçisi yaralanıb, itki yoxdur.

Qeyd edək ki, İraq Müdafiə Nazirliyindən may ayı üçün açıqlanan hesabatda terror hücumları nəticəsində 94 hərbçinin öldüyü, 163-nün yaralandığı bildirilmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   İraq   Terror  


Bizi "telegram"da izləyin