Quterreş Suriyada hərbi gərginliyi sonlandırmağı tələb edib

2018/06/848749589_1529731365.jpg
Oxunub: 3532     13:21     23 İyun 2018    
BMT Baş katibi Antonio Quterreş Suriyanın cənub-qərbindəki döyüşlərdən dolayı narahatlığını ifadə edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Baş katib tərəflərdən bölgədə mövcud olan hərbi gərginliyə son verməyi tələb edib.

O, bu döyüşlərin minlərlə mülki şəxsi öz yurdundan didərgin saldığını və regional təhlükəsizliyə təhdid meydana gətirdiyini bəyan edib.

BMT-nin hesablamalarına görə, İordaniya və Colan təpələri ilə sərhəd bölgəsində aparılan döyüşlər minlərlə insanı qaçmağa vadar edib ki, onların da əksəriyyəti İordaniyaya gedib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Quterreş   Suriya  


Bizi "telegram"da izləyin