Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, baza Suriyanın İraqla sərhədi yaxınlığında üsyançı qüvvələrin nəzarətindəki bölgədə yerləşir.
Hücum nəticəsində bazadakı müşavirə şurası üzvlərinin həyatı təhlükə altına düşüb.
Koalisiya qüvvələrinin sözcüsünün verdiyi məlumata əsasən hücumun kim tərəfindən edildiyi hələlik müəmmalı olaraq qalır.
“Bazadakı hərbi birliklər dərhal hücuma cavab verib. Hərbi məsləhətçilər də daxil olmaqla bazadakı hər kəs hazırda təhlükəsiz şəraitdədir. Hücum nəticəsində koalisiya qüvvələri heç bir itki verməyib”, - deyə sözcü bildirib.
Dəyanət Ağalarlı
Ordu.az