“Suriyadakı terrorçular Qərbi Avropanın kimyəvi silahlarından istifadə edib” – Zaxarova

2018/06/4576456_1529658626.jpg
Oxunub: 2717     17:09     22 İyun 2018    
“Suriyanın Duma şəhərində tapılan və terrorçular tərəfindən istifadə edilən kimyəvi silahların istehsal ləvazimatları Qərbi Avropada hazırlanıb”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib.

“Diqqətinizi bir şeyə çəkmək istəyirəm. Ekspert baxışına görə, professional istehsal nümunəsi olan bu ləvazimatlar Qərbi Avropa ölkələrində hazırlanıb”, - deyə Zaxarova vurğulayıb.

O, maraq göstərəcəkləri təqdirdə Rusiyanın xüsusi informasiyanı kolleqalarına ötürməyə və terrorçuların əlində tapılan kimyəvi silah ləvazimatlarının Qərbi Avropada istehsalına dair etibarlı sübutlar təmin etməyə hazır olduqlarını əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Duma  


Bizi "telegram"da izləyin