Suriyalı komandir: “ABŞ SQQ-nin mövqelərini bombalayıb”

2018/06/345345_1529652852.jpg
Oxunub: 2101     15:32     22 İyun 2018    
Birləşmiş Ştatlar ordusu özünün İraq-Suriya sərhədinə yaxın bölgədə yerləşən bazasının yaxınlığında Suriya Quru Qoşunlarının mövqelərini bombalayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə SQQ-nin komandirlərindən biri bildirib.

Məlumata görə, hadisə Tanf bölgəsində baş verib. Pentaqon isə həmin bölgədə ABŞ-ın dəstəklədiyi suriyalı qrupun gecə vaxtı naməlum düşmən hücumuna məruz qaldığını bildirib.

Pentaqonun məlumatına görə, hücum münaqişəsiz zonada baş verib və heç bir itki yoxdur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya  


Bizi "telegram"da izləyin