Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayişdə sistemin iki versiyası təqdim olunacaq. Bunlar tank əleyhinə idarəolunan raketlər və dörd lüləli 7,62 mm-lik pulemyotdur.
Belarus Dövlət Hərbi Sənaye Komitəsinin məlumatına görə, yeni texnologiya olan sistem “BSVT- new technologies” tərəfindən hazırlanıb.
“Bogomol” səssiz olaraq hədəfini axtarıb aşkarladıqdan sonra düşmən tanklarını, zirehli maşınları və hətta alçaqdan uçan helikopterləri məhv edə bilər.
Sistemin silahlar və yanacaqla birlikdə ümumi ağırlığı 800 kiloqramdır. Yeganə yanacaq çəni ilə 100 kilometr məsafəyə gedə bilər. Onun atış mənzili 4 kilometrdir. Məlumata görə, sistemin istehsalında istifadə olunan komponentlərin 60%-i yerli məhsuldur.
Ağalar Ağalarlı
Ordu.az