Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bəyan edib.
Onun sözlərinə görə, xarici qüvvələrin Suriyada mövcudluğundan dolayı Suriya hökumətinin düşmənləri hələ də qisas ala biləcəklərinə inanırlar. Xarici qüvvələr isə siyasi həll prosesinə dəstək olmurlar.
Zaxarova BMT-nin 2254 saylı qətnaməsinə əsaslanaraq Sutriyada siyasi həllin əldə edilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin, Soçidə baş tutmuş milli dialoqun nəticələrini xatırladıb.
Ağalar Ağalarlı
Ordu.az