Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Amerikalı hərbçilər ordunun 11 batalyonuna, britaniyalılar 8000, kanadalılar isə 6000 əsgərinə təlim keçib.
“Təlimlər Hərbi Əməkdaşlıq və Müdafiə İslahatı üzər Çoxmillətli Birgə Koordinasiya Komitəsi çərçivəsində həyata keçirilib. Təlim Yavoriv Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzində baş tutub”, - deyə məlumatda qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az