Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə ilə bağlı rəsmi açıqlama şirkətin vitse-prezidenti Edqar Maymon tərəfindən verilib.
Şirkət rəsmisi satışın həyata keçiriləcəyi ölkənin adını qeyd etməsə də bildirib ki, müqavilə sayəsində qurum daha bir Avropa ölkəsinə elektron müharibə sistemləri və siqnal kəşfiyyat sistemləri üzrə xidmət göstərəcək.
Qeyd edək ki, müqavilənin ümumi dəyəri 17 milyon dollar təşkil edir.
Dəyanət Ağalarlı
Ordu.az