Mettis Çin və Cənubi Koreyaya səfər edəcək

2018/06/3454_1529570221.jpg
Oxunub: 2063     16:35     21 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettisin növbəti həftə ərzində Çinə və Cənubi Koreyaya səfəri planlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir səfər planını ötən gün bildirib.

O qeyd edib ki, səfər baş tutmazdan öncə Cənubi Koreya ilə təlimlərin ləğv edilməsi mövzusunda Xarici İşlər Naziri Mayk Pompeo və Milli Təhlükəsizlik üzrə müşavir Con Boltonla görüşləri olacaq.

Nazir səfərin məqsədləri ilə bağlı detallı məlumat verməsə də, hər iki ölkə ilə danışıqların KXDR üzərində aparılacağı gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Çin-KXDR   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin