İtaliya “Black Shark” torpedoları alacaq

2018/06/345345_1529567728.jpg
Oxunub: 2494     15:53     21 İyun 2018    
İtaliya donanmasındakı “U212A” dənizaltı müharibə gəmiləri “Black Shark Advanced” torpedoları ilə təchiz ediləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, alınacaq torpedolar dənizaltı müharibə bacarıqlarına sahibdir.

Yeni nəsil BSA torpedoları əvvəlkilərə nisbətən litium-polimer bərpaediləbilən batareya ilə təchiz olunub ki, bu da onun sınaq sayını təxminən 100 vahid artırır. Nəticədə yeni silahlar donanmaya təlimlər məqsədilə ayrılmış büdcədə daha çox qənaət etmək imkanı verir.

Qeyd edək ki, BSA torpedoları bu ana qədər sadəcə Çili, İndoneziya, Malayziya, Portuqaliya və Sinqapur donanmalarında istifadə olunurdu.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Torpedo   BSA  


Bizi "telegram"da izləyin