Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Yaponiya Müdafiə Nazirliyindən edilib.
Bəyanatda bildirilir ki, bu qərar Tramp-Kim sammitində əldə edilən razılığın məntiqi davamı olaraq verilib.
“KXDR-lə aradakı gərginliyin azaldıldığı və ortaq həll yolunun əldə edildiyi bir zamanda regionda həyata keçiriləcək raket sınağı sadəcə olaraq münasibətləri pisləşdirə bilər. Ona görə də planlaşdırılmış raket hücumu təlimləri ləğv edilib”, - deyə bəyanatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az