Ukrayna Kəşfiyyat Orqanı SQ-nin keçmiş zabitini ələ keçirib

2018/06/345_1529559297.jpg
Oxunub: 2832     13:23     21 İyun 2018    
Ukrayna ordusunun keçmiş zabiti Oleksey Bidusenko həyata keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat Ukrayna Ordusuna məxsus 93-cü motoatıcı alayın kəşfiyyat qrupu və Kəşfiyyat idarəsinin “Mospino” taktiki heyəti tərəfindən həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən Oleksey Budisenko artıq hüquq müdafiə orqanlarına təhvil verilib.

Qeyd edək ki, o, Ukrayna böhranı zamanı vətənə xəyanət etməkdə ittiham olunurdu.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kəşfiyyat  


Bizi "telegram"da izləyin