Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin dəyəri 1,2 milyard dollardır. “BAE Systems” bu müqavilə üçün elan edilmiş tenderdə əsas rəqiblərindən olan “Science Applications International” kompaniyasına qalib gəlib.
Müqaviləyə əsasən kompaniya ABŞ-ın Dəniz korpusuna ilkin olaraq 198 milyon dəyərində 30, daha sonra daha 208 tank çatdıracaq.
Ağalar Ağalarlı
Ordu.az