Ordu.az “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Mayk Andrüs bəyan edib.
Onun sözlərinə görə, Senatın qadağanı nəzərdə tutan qanunu qəbul etməsinə baxmayaraq Birləşmiş Ştatlar iki F-35-i Türkiyəyə sabah Texasda baş tutacaq mərasimlə təhvil verəcək.
Texasdakı mərasimdən sonra bu təyyarələr Arizonadakı aviabazaya aparılacaq. Burada isə türkiyəli pilotlar qırıcıların idarə edilməsi üzrə təlimlər keçəcək.
Qeyd edək ki, F-35-in istehsalında ümumilikdə 12 dövlət iştirak edib. Bunların doqquzu təyyarələri əldə etməyə başlayıb. Kanada, Türkiyə və Danimarkanın isə qarşıdakı müddət ərzində əldə etməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az