Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordunun quru qoşunlarının generalı Mark Çarlton bildirib.
O, Londonda keçirilən konfransda çıxışı zamanı qeyd edib ki, hazırda bir çox yeni silahların prototipləri orduya təhvil verilib.
“Bu silahlar uğurlu olacağı təqdirdə daha geniş istehsala başlanacaq və həmin silahlardan istifadə edilərək Böyük Britaniya ordusu özünün ən nəhəng innovativ hərbi təlimlərini həyata keçirəcək”, - dyeə Çarlton qeyd edib.
Xatırladaq ki, ilin sonunda keçirilməsi planlaşdırılanan əsasən robot texnikalardan, pilotsuz piyada döyüş maşınlardan, dronlardan və PUA-dan istifadə olunacaq.
“Bu təlimlər ordunun potensial müharibələrdən mininmum itki ilə necə çıxmaq olar sualına cavab verəcək”, - deyə general sözlərinə əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az