"ABŞ ordusu geniş miqyaslı hərbi əməliyyatlara hazır deyil" - GENERALLAR

2018/06/234_1529403520.jpg
Oxunub: 2352     20:21     19 İyun 2018    
ABŞ ordusu çox sayda hərbi qüvvənin və texniki təchizatın iştirakı ilə baş tutan geniş miqyaslı hərbi əməliyyatları idarə etmək iqtidarında sahib deyil.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə keçmiş generalları David Barno və Bera Denhaselin yayımladığı ortaq məqalədə qeyd olunub.

Məqalənin müəllifləri qeyd ediblər ki, Vyetnam müharibəsi uğursuzluqla nəticələnsə də ordunun kifayət qədər hazırlıqlı olduğunu gözlər önünə sərmişdi. Daha sonra Əfqanıstan, İraq və son illərdə də Yaxın Şərqin digər dövlətlərindəki hərbi əməliyyatlar ordunun hazırlıq səviuyəsinin getdikcə daha da gerilədiyini göstərir.

"Bu müharibələr ordudakı hərbi təlimləri ikinci plana keçirmiş və nəticədə müharibədə aktiv şəkildə fəaliyyət göstərən birliklərin xaricində yerdə qalan yüz minlərlə hərbçinin hazırlığını daha da aşağı endirir", - deyə məqalədə qeyd olunub.

Həmçinin müəlliflər onu da vurğulayıb ki, bu müharibələrdə uğurların əldə edilməsi göstərici hesab edilməməlidir. Belə ki, İkinci Dünya Müharibəsində Almaniya və Yaponiya ilə müharibələrdən sonra ABŞ ordusu heç bir ciddi rəqiblə qarşı-qarşıya dayanmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-ordusu   Hazırlıq  


Bizi "telegram"da izləyin