Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilab Keşikçiləri Korpusunun komandiri general-mayor Əli Cəfəri bildirib.
“Bizim raketlərimizin mənzilinə artırmaq üçün elmi imkanlarımız var. Lakin düşmənlərin strateji hədəfləri artıq raketlərimizin mənzili daxilində olduğundan biz onu uzatmağı düşünmürük. Hazırda raketlərimiz 2 min kilometr mənzilə sahibdir”, - deyə komandir qeyd edib.
Əli Cəfəri bir daha İranın ballistik raketlərinin tamamilə müdafiə xarakterli olduğunu və onların heç bir müzakirə mövzusu olmadığını təkrarlayıb.
Dəyanə Ağalarlı
Ordu.az