Pentaqon idarəolunan raket atıcılarına dair müqavilələr imzalayıb

2018/06/324_1529400512.jpg
Oxunub: 1928     21:24     19 İyun 2018    
Pentaqon “Marvin Engineering” ilə idarəolunan raket atıcıları və onun komponentlərinə dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı yayıb.

Məlumata görə, dəyəri 126,5 milyon dollar olan müqavilə çərçivəsində kompaniyanın 1450 ədəd idarəolunan raket atıcı və 925 yığılma komponenti çatdırması nəzərdə tutulub.

Bu hissələrin LAU-128, F-15 “Eagle”, F-16 “Falcon”, F-18 “Hornet”də istifadə ounması planlaşdırılır. Müqavilədə göstərilən işlərin 2023-cü ilin mayında tamamlanması ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Marvin-Engineering  


Bizi "telegram"da izləyin