Türkiyədən F-35-lərlə bağlı ABŞ senatına etiraz

2018/06/324_1529400056.jpg
Oxunub: 1999     17:18     19 İyun 2018    
Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ senatında edilən "F-35"lərlə bağlı nüzakirələrə etiraz bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Baş nazir İzmirdə etdiyi çıxışı zamanı məsələyə toxunub.

"Türkiyə alternativsiz deyil. Tədbirlərimizi alırıq. Müdafiə sənayesində yerli istehsalı stimullaşdırırıq. Embarqolar müdafiə sahəsində problemlərə səbəb ola bilməz. Qarşı tərəfdən atılan bu addım strateji müttəfiqlik münasibətlərinə ziddir", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiya ilə hərbi yaxınlığından sonra ABŞ senatında Türkiyəyə "F-35" qırıcılarının satışına embarqo qoyulması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   F-35  


Bizi "telegram"da izləyin