Britaniya “Tomahawk” raketlərinin qabiliyyətini genişləndirməyi düşünür

2018/06/213_1529397811.jpg
Oxunub: 2258     20:41     19 İyun 2018    
Birləşmiş Krallıq donanması hazırda sadəcə sualtından atılan “Tomahawk” Quru Hücum (TQH) raketindən istifadə edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya parlamentinin Müdafiə Komitəsi bu raketlərin qabiliyyətlərindən su üzərində istifadə edilməsinin donanmaya böyük üstünlük qazandıra biləcəyini bildirib.

“Gələcək Gəmi əleyhinə Silah Sistemlərinin təkmilləşdirilməsi proqramında diqqət TQH raketinin qabiliyyətinin suüstü filotiliyaya genişləndirilməsinə verilməlidir”, - deyə komitənin açıqlamasında qeyd olunub.

Komitə açıqlamasında aprel ayında Suriyaya endirilən zərbələri nümunə göstərib. Belə ki, həmin əməliyyat zamanı Birləşmiş Ştatlar və Fransa donanması həmin raketlərin su üzərində istifadəsindən çox yaxşı şəkildə faydalana bilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Tomahawk  


Bizi "telegram"da izləyin