Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə naziri Elisabeta Trenta bəyan edib.
Əfqanıstan hökumətinin nümayəndəsi Abdullah Abdullahla görüşən Trenta Əfqanıstanı İtaliyanın dostu və müttəfiqi adlandırıb. O, NATO-nun qətiyyətli dəstək missiyası çərçivəsində Əfqanıstana göstərilən dəstəyin davam etdirilməsini qəbul edib.
Öz növbəsində Abdullah İtaliyaya bu dəstəyindən dolayı təşəkkürünü bildirib və ölkədəki cari vəziyyətdən Trentanı xəbərdar edib.
Ağalar Ağalarlı
Ordu.az