Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, İsrail qırıcı təyyarələri Qəzzada HƏMAS-a məxsus 9 nöqtəni hədəf alıb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti aviazərbələrin Qəzzadan çərpələnglərlə həyata keçirilən terror hücumlarına cavab xarakterli olduğunu bildirib.
“Son günlərdə İMQ bir neçə dəfə bu hücumlara qarşı xəbərdarlıq etdi. Öncə xəbərdarlıq atəşi açıldı. Bu hücumlar İsrail ərazisində böyük itki və dağıntıya səbəb olub. Zəruri olduğu halda bundan sonra da hücumlara davam ediləcək”, - deyə məlumatda qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az