Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşdə Ukrayna-Aİ və Ukrayna-NATO sammitləri müzakirə edilib.
Eyni zamanda tərəflər Ukrayna-Aİ enerji təhlükəsizliyi məsələsinə fokuslanıb və Ukraynın milli təhlükəsizlik sektorunda həyata keçirdiyi islahatların uğurundan danışılıb.
Poroşenko Ukraynanın G7 ölkələrinin xarici siyasəti ilə ortaq elementlərə sahib olduğunu, onların da Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyini dəstəklədiyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az