Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Paraşenko qanun layihəsi ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, artıq qanun layihəsi hazırdır və növbəti həftə parlamentin iclasına çıxarılacaq.
"Milli təhlükəsizliklə bağlı hazırlanmış bu qanun layihəsi Ukraynanın NATO ilə əməkdaşlığı çərçivəsində atılmış addım kimi qəbul edilməlidir", - deyə o bildirib.
Qeyd edək ki, NATO-ilə danışıqlar çərçivəsində Ukrayna prezidenti Paraşenko Fransalı həmkarı Makronu ölkəsinə dəvət edib.
Dəyanət Ağalarlı
Ordu.az