Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp administrasiyasından olan rəsmi bildirib.
“Prezident Trampın gələn ay NATO sammiti ilə əlaqədar Avropada olarkən Vladimir Putinlə görüşməsi gözlənilir”, - deyə mənbə bildirib. Bununla bağlı cümə günü isə Tramp görüşün mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, NATO-ya üzv ölkələrin rəhbərlərinin sammiti 11-12 iyula planlaşdırılıb. Həmin sammitdə iştirak etmək məqsədilə Donald Tramp da Brüsselə səfər edəcək.
Dəyanət Ağalarlı
Ordu.az