Erməni əsgər anaları etiraz edir: "Taron bizi görsə də, yaxınlaşmadı" (VİDEO)
Oxunub: 2047
17:19
15 İyun 2018
Ermənistanda əsgər anaları hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Ordu.az tert.am saytına istinadən xəbər verir ki, Ermənistan hökumətinin iclas keçirdiyi günlərdə hökumət binası qarşısında sülh dövründə orduda ölən hərbi qulluqçuların ölüm səbəblərinin aydınlaşdırılması tələbi ilə etiraz aksiyası keçirən “qara paltarlı analar” adı ilə tanınan valideynlər, müdafiə naziri Davit Tonoyanın iki həftə əvvəl keçirilən hökumət iclasından sonra onlara yox, ancaq jurnalistlərə yaxınlaşması faktından çox inciyiblər.
"O zaman Seyran Ohanyanın müavini olan Davit Tonoyan, bu faktlardan çox yaxşı xəbərdardır. Buna görə də bizi gördü, ancaq yaxınlaşmadı", - deyə erməni əsgər analrından biri bildirib.
Etirazçılar inqilabdan sonra Nikol Paşinyanın onlarla görüşdüyünü və bu işlərə təcili baxılacağına dair vəd verməsini xatırladıblar. Lakin bugünədək heç bir dəyişiklik olmadığını qeyd ediblər.