Ermənistanda xüsusi təyinatlılar İrəvan meriyasına basqın etdi

2018/06/34534_1528879757.jpg
Oxunub: 4545     12:47     13 İyun 2018    
Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları "İrəvan" fondunun fəaliyyəti ilə bağlı İrəvan Şəhər İcra Hakimiyyətində xüsusi əməliyyat keçirirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşlarının İrəvan Şəhər İcra Hakimiyyətində olduğu və İrəvan fondunun bütün sənədlərini müsadirə etdikləri barədə məlumatlar yayılıb.

Daha öncə Ermənistan Təhsil və Elm naziri Araik Harutyunyan "Facebook" səhifəsində qeyd edib ki, "İrəvan" fondunun ləğv edilməsi məsələsi ağsaqqallar şurasının qarşıdakı iclasının gündəliyinə daxil edilib.

Arayik Harutyunyan və erməni parlamentinin deputatı Lena Nazaryan korrupsiya sxemləri ola biləcəyi ehtimalı ilə fondu məhkəməyə verib.

Məlumata görə, "İrəvan" fondu 2007-ci ildə qeydiyyata alınıb. Fondun xeyriyyəçiləri şurasının sədri, İrəvan şəhər meri Taron Marqaryan, şuranın üzvlərinin tərkibində şəhər merinin müavinləri, müşaviri, administrasiya katibi, şəhər icra hakimiyyətinin müxtəlif idarə rəisləri, eləcə də məclis üzvü var.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   MTX  

Xəbər lenti

Ermənistanda xüsusi təyinatlılar İrəvan meriyasına basqın etdi

2018/06/34534_1528879757.jpg
Oxunub: 4546     12:47     13 İyun 2018    