Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 17:00 radələrində Gümrü şəhərində Ermənistan müdafiə nazirliyinin zabiti avtoqəza törədərək 16 yaşlı uşağı vurub.
Ermənistanın Artik şəhər sakini 37 yaşlı Makiç Adamyan idarə etdiyi "Mazda" markalı avtomobillə piyada 16 yaşlı D.H adlı şəxsi vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Adamyan Ermənistan ordusunun hərbi hissələrindən birində avtomobil xidməti rəisidir.
Fakt üzrə hərbi polisdə araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az