"Eurosatory 2018": MSN "Nexter" və "Rheinmetall" nəhəngləri ilə bir arada - ARAŞDIRMA

2018/06/msn-(-1528734734_1528873526.jpg
Oxunub: 10218     11:05     13 İyun 2018    
Dünyanın ən böyük silah və quru qoşunlarının avadanlığı sərgisi olan "Eurosatory" yalnız təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunan sərgidir. Bu sərgi Fransa Müdafiə Nazirliyinin himayəsi altında 1967-ci ildən, hər 2 ildə bir dəfə keçirilir.

"Eurosatory 2012" sərgisinə 53 ölkədən 1432 eksponat cəlb etməklə, 130 ölkədən 53480 qonaq, 87 ölkədən 152 rəsmi nümayəndə heyəti və 684 (ümumən 707) akkreditə olunmuş jurnalistlər cəlb edilib.

"Eurosatory 2014" sərgisi isə, 175523 kvadrat metrlik bir sahəni tuturdu. 58 ölkədən 1504 eksponat qeydə alınan sərgidə, xarici iştirakçıların payı 69% olaraq göstərilirdi. Sərgidə 55770 nəfər ziyarətçi, o cümlədən 88 ölkədən 172 rəsmi nümayəndə heyəti və 3 beynəlxalq təşkilat da iştirak edirdi.

"Eurosatory 2016" isə 56 ölkədən 1572 eksponat və 151 ölkədən 57018 ziyarətçi, həmçinin 1018 jurnalist toplanmışdı. 2016-cı ildə 94 ölkədən 213 rəsmi nümayəndə heyəti (827 nəfəri VIP) sərgini ziyarət etdi. "Eurosatory 2016" sərgisini həmçinin 13 ölkənin Müdafiə naziri, 23 ölkənin Müdafiə nazirinin müavinləri və dövlət katibləri, 25 ölkənin ordusunun silahlanma və 19 ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisini bir araya toplaya bildi.

İyunun 11-də Paris ətrafında yerləşən Villepinte şəhərindəki "Paris Nor" Sərgi Mərkəzində öz işinə başlayan "Eurosatory 2018" beynəlxalq sərgisində isə 63 ölkədən 1750-dən çox şirkət və 36 milli pavilion, 168 min kvadrat metr sahədə öz eksponatlarını nümayiş etdirib. Sərgidə təxminən 57 min mütəxəssisin iştirakı gözlənilir. Digər göstəricilər sərginin sonunda məlum olacaq. 26-cı dəfə keçirilən sərgi iyunun 15-də başa çatacaq.

Sərginin təşkilat komitəsinin məlumatına görə, bu dəfə kiber təhlükəsizlik, böhran vəziyyətlərinin idarə olunması, radiasiya, kimyəvi və bioloji müdafiə vasitələrininin təqdimatına xüsusi diqqət göstərilir. Sərgi zamanı ilk dəfə kiber təhlükəsizlik vasitələrinə həsr edilən texnologiya klasteri təqdim edilib. 75 % şirkətlərin rəsmi nümayəndə heyətləri bu kasterdə iştirak edəcəklər.

"Eurosatory 2018" açıq platformasında 250-dən çox hərbi və mülki avadanlıq nümayiş etdirilir. Sərgidə quru qüvvələrinin inkişafının müxtəlif aspektlərinə həsr olunan 70-dən çox elmi və praktiki konfrans keçiriləcək. Sərgidə hər gün Fransa Silahlı Qüvvələrinin quru qoşunlarının silahlanmasında olan vasitələrin, o cümlədən "Leklerk" əsas döyüş tankının və VBCI təkərli döyüş nəqliyyat vasitələrinin gündəlik nümayişləri keçiriləcək.

Sərgidə əsasən aşağıdakı profillərdə pavilyonlar təşkil edilib:

Silah və sursat: zenit raket kompleksləri və TƏİRK, sahil mühafizə raketləri, artilleriya sistemləri, döyüş nəqliyyat vasitələri üçün artilleriya sistemləri, minaatanlar, atıcı silahlar, artilleriya və atıcı sursatlar, tuşlama vasitələri, pirotexniki, siqnal və işıqlandırma cihazları, barıt və partlayıcı maddələr.

Döyüş vasitələri: tanklar, piyadaların döyüş maşınları, zirehli personal daşıyıcıları, yüngül zirehli vasitələr, özüyeriyən artilleriya qurğuları, avtomobil və digər zirehsiz avtomobillər, taktiki aviasiya, hava desant vasitələri, döyüş nəqliyyat vasitələri üçün mühərrik və şassilər, elektrik avadanlıqları, zireh sistemləri.

Döyüşü idarəetmə sistemləri və informasiya təminatı: sabit komanda mərkəzləri üçün avadanlıqlar, mobil komanda məntəqələri, rabitə və kəşfiyyat peykləri, rabitə vasitələri, kompüter təminatı proqramları, radar sistemləri və ərazi müşahidə avadanlıqları, müşahidə vasitələri, maskalanma avadanlıqları, radio- elektron mübarizə vasitələri.

Sərgi zamanı ağır və zirehli döyüş vasitələri açıq ərazidə yerləşdirilib.

Aparıcı dövlətlərin müdafiə sənaye şirkətlərinin də təmsil olunduğu möhtəşəm "Eurosatory 2018" Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) də ilk dəfə təmsil olunur.

Sərgidə təmsil olunan Azərbaycan MSN nümayəndə heyətinə Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalov başçılıq edir.

ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin də qatıldığı sərgidə Azərbaycan MSN müəsisələri tərəfindən istehsal edilən 270 adda hərbi təyinatlı məhsullar: "Matador", "Marauder", "Tufan" kimi mina əleyhinə zirehli vasitələr, "Gürzə" patrul maşını, pulemyotlar, PUA- lar, NATO standartlarına cavab verən "Yalquzaq"və "Vaşaq" snayper tüfəngləri, müxtəlif çaplı və təyinatlı atıcı silah sistemləri, sursatlar və s. nümayiş etdirilir.

İlk dəfə olaraq beynəlxalq sərgidə ictimaiyyətə təqdim edilən 14.5 mm NST iriçaplı pulemyotu və məsafədən idarə edilən silah modulları ziyarətçilərin xüsusi marağına səbəb olub.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Yavər Camalov Fransanın "Nexter Group" və Almaniyanın "Rheinmetall Defence" kimi aparıcı müdafiə sənaye şirkətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Önümüzdəki günlərdə də bu tip görüşlərin keçiriləcəyi, niyyət protokollarının və müqavilələrinin imzalanması gözlənilir.

Belə bir nüfuzlu sərgidə Azərbaycanın regionun lider dövləti kimi iştirakı vacibdir. Beynəlxalq müdafiə sərgilərində iştirak Müdafiə Sənayesi Nazirliyinin ixrac sahəsində də uğurlar qazanmasına imkan yaradır. Ölkə başçısının tapşırığı ilə ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər aparılır. Bu gün, istehsal olunan məhsullardan döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir.

Göründüyü kimi, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin müdafiə təyinatlı məmulatlara olan təlabatının əsas hissəsini təmin etməklə yanaşı, xarici bazara da məhsul çıxartmaq iqtidarına malikdir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri və Günnüt əməliyyatı da bir daha sübut edir. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynayıb.

Bu ilin iyun ayında, Silahlı Qüvvələr günü ərəfəsində Müdafiə Sənayesi Nazirliyinin iki yeni istehsal zavodunun açılışı oldu. Orada da ağıllı aviasiya və artilleriya sursatlarının istehsalı təşkil edildi. Bütün bu döyüş nailiyyətlərini potensial müştərilərə çatdırmaq üçün digər sahələr üzrə də mütəxəssislər lazımdır.

Texnoloji tərəqqinin imkanlarından yaralanan müdafiə sənayesi müəssisələri bu gün yalnız ixtisaslı işçilərə və savadlı mühəndislərə deyil, eyni zamanda düzgün menecmentə və marketinqə də ciddi ehtiyac duyurlar. Bu sahələr müdafiə sənayesinə investisiyaların cəlb edilməsi, məhsulların potensial müştərilərə təqdim edilməsi və maliyyə axınlarını səmərəli idarə edilməsi üçün çox vacibdir. Bu istiqamət üzrə yüksək ixtisaslı mütəxəssislər tapmaq isə elə də asan deyil. Bu məqsədlə silah sərgilərinə silah mühəndisləri ilə yanaşı gənc mütəxəssisləri də cəlb etmək vacibdir. Çünki, öyrənmək heç vaxt gec deyil.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: MSN   Eurosatory-2018  

Xəbər lenti

"Eurosatory 2018": MSN "Nexter" və "Rheinmetall" nəhəngləri ilə bir arada - ARAŞDIRMA

2018/06/msn-(-1528734734_1528873526.jpg
Oxunub: 10219     11:05     13 İyun 2018    